"Anna, ərin axmaqdır, yoxsa klassik quldur?" -Erməni politoloq

"Anna, ərin axmaqdır, yoxsa klassik quldur?" -Erməni politoloq
20 May 2025 11:00

Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsi növbəti dəfə yerli medianın hədəfinə tuş gəlib. Paşinyanın həyat yoldaşı Anna Akopyanın bəzi siyasətçiləri aşağılayaraq təhqir etməsi radikal müxalifətçilərin hiddətinə səbəb olub.

Məsələn, "Mamul" nəşri revanşist açıqlamaları ilə seçilən politoloq Qaqik Qambaryanın baş nazirin arvadına verdiyi cavabı dərc edib. 

O, sosial şəbəkə hesabında Nikol Paşinyanın videosunu yerləşdirərək yazıb ki, əslində Anna səviyyə söhbəti açan zaman birinci öz ərinin danışığına fikir verməli idi: “Anna-Erato, siz təhsil və tərbiyədən çox danışırsınız, insanları təhqir edirsiniz... Bu videoda həyat yoldaşınız küçə ifadələri işlədir və axmaqlar da buna sevinirlər... Sual yaranır, sizcə, partnyorunuz axmaq, alçaq, cahil, aşağı təbəqəli, təkəbbürlü, yoxsa klassik quldurdur?".


Tural


Sizin reklam burada
Sizin reklam burada