Azərbaycan dil uğrunda mübarizə aparıb dilimizdə Anadolu şivə və ləhcələrinin istifadə edilməsini təhlükə sayan Ayaz Salayev kimilərindən xahiş edirəm. Hüquq və dövlət rəsmi sənədlər dilində olan Fərman sözünün Azərbaycan Oğuz türkcəsində SÖZÜMÜZ ilə əvəzlənməsi üçün addımalar atsınlar.
Fərman sözü farscadan dilimizə keçib. Farsca buyurmaq, əmr etmək mənasına gələn fərman hökümdarın möhürünü daşıyan yazılı əmr deməkdir. Bu gün də Azərbaycan dilində bu söz rəsmi sənədlərdə istifadə edilir.
Lakin bu söz qədim türklərdə yarlıq, Bayandur, Baharlı və Səfəvilər dövründə isə SÖZÜMÜZ kimi adlanırdı.
Sizə iki sənəd təqdim edirəm
1) Bayandur dövlətinin başçısı Həsən Padşaha aid olan Tuğradır:
Türkcə yazılıb: “Əbu-ən-Nəsr Həsən Bahadur sözümüz” (sözümüz, əmrimiz).
2) Səfəvi dövlətinin şahı I İsmayıla aiddir:
"Əbülmüzəffər sözümüz" başlığı altında verilibdir. "Əbülmüzəffər" I Şah İsmayılın ləqəbi olmuşdur. Fərman mənasında "sözümüz" yazılması isə oğuz türkcəsindədir. Şah İsmayılın ana dilinə - Azərbaycan türkcəsinə münasibətini bariz surətdə ifadə edir
Bax bizim Azərbaycan dilimiz budur. Oğuzlardan qalma dil. Anadolu şivəsi və ləhcəsi təhlükə sayırsınız? Onda əzəli olaraq bizə qarşı savaş açıb dilimizə, mədəniyyətimizə, tariximizə iddia edən fars sözlərinin də dilimizdən çıxarılması üçün mübarizə aparın.