"Amerika Birləşmiş Ştatları NATO-dan çıxa bilər"- Politoloqdan şərh

"Amerika Birləşmiş Ştatları NATO-dan çıxa bilər"- Politoloqdan şərh
28 Fev 2025 12:37

"Finlandiya və İsveçin NATO sıralarından kənarlaşdırılması ilə bağlı dolaşan fikirlər, bir tərəfdən Amerika siyasi establişmentinin nəbzini yoxlamaq üçün qəbul oluna bilər."

Politoloq Aqşin Kərimov bunu News365.az-a açıqlamasında deyib. 

"Amerika Birləşmiş Ştatları özü hətta NATO-dan çıxa bilər, lakin NATO Avropada yerləşən bütün dövlətlərin və xüsusilə Avropa Birliyini təşkil edən 27 dövlətin təhlükəsizliyinə məsul olan bir təşkilatdır. Nə Rusiyanın istəyi ilə, nə də Amerika Prezidenti Trampın istəyi ilə belə böyük geosiyasi mahiyyət daşıyan bir addım atıla bilməz və belə bir hadisənin baş verməsi mümkün deyil.

"Səudiyyə Ərəbistanında Birləşmiş Ştatlar və Rusiya rəsmilərinin ilk təmasları zamanı Moskva münasibətləri normallaşdırmaq şərti kimi Tramp administrasiyasından NATO qüvvələrini Şərqi Avropadan çıxarmağı tələb edib. İslam rəsmiləri yalnız bu halda Ukrayna ilə bağlı danışıqlarda irəliləyişin mümkün olacağını bildiriblər. Qəzet yazır ki, Vaşinqtonun nümayəndə heyəti ilkin mərhələdə bu tələbi rədd edib, lakin sonradan məsələnin nəzərdən keçirildiyi qeyd olunub."



Sizin reklam burada
Sizin reklam burada