Almaniyada PKK ilə əlaqəli terrorçular “Friseur Big Antalya” adlı türk bərbərxanasına hücum ediblər.
News365.az xəbər verir ki, hadisə nəticəsində obyektə maddi ziyan dəyib.
Hücumun motivləri və hücumda iştirak edən şəxslərin kimliyi ilə bağlı araşdırma aparılır.
Almaniya polisi faktla bağlı istintaqa başlayıb.
Qeyd edək ki, son dövrlər Almaniyada türk obyektlərinə qarşı oxşar hücum halları qeydə alınmaqdadır.