“Allah sizə də, mənə də ürəyimizə görə versin” - Namiqdən tənqidlərə SƏRT CAVAB

“Allah sizə də, mənə də ürəyimizə görə versin” - Namiqdən tənqidlərə SƏRT CAVAB
15:16

Bir neçə gün əvvəl Xalq artisti Aygün Kazımova və tanınmış meyxanaçı Namiq Qaraçuxurlunun bir toy məclisindəki çıxışları zamanı maraqlı anlar yaşanıb. İfa zamanı qonaqlardan biri qəfil səhnəyə qalxaraq sənətçilərlə rəqs etməyə çalışıb. Həmin şəxsin Aygün Kazımovaya yaxınlaşması və bu an Namiq Qaraçuxurlunun onlardan uzaqlaşması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər meyxanaçını bu addımına görə “qorxaq” adlandırıblar.


News365.az xəbər verir ki, Namiq Qaraçuxurlu bu gün sosial media hesabında paylaşdığı statusla məsələyə münasibət bildirib. Sənətçi həmin şəxsin onların doğması və sevgi ilə yaxınlaşan biri olduğunu bildirib:

“ Bu qardaşımız doğmamız, azərbaycanlımızdır. Mənə və sonra Aygün xanıma olan sevgisini son dərəcə saflıqla, içdən bildirən adamdır. Hətta mən səhnədən çıxdıqdan sonra Aygün xanım onu yenidən səhnəyə səsləyirdi. Belə bir adamı sosial şəbəkələrdə az qala “terrorist “ediblər. Və guya mən 5 dəqiqə öncə qucaqladığım bu qardaşımızdan qorxmuşam. ” – deyə o qeyd edib.

Qaraçuxurlu həmçinin sosial şəbəkələrdə bəzi şəxslərin hadisəyə qarşı qərəzli yanaşdığını vurğulayıb və onları daha anlayışlı olmağa çağırıb:

"Toy sahiblərinin bu qardaşımıza yaxınlaşdığını, ümumiyyətlə burada heç bir xəta ola bilməyəcəyini görüb kənardan “orada dava gedir” ab-havası yaranmasın deyə uzaqlaşmağımı bu qədər səmimi, sevgi dolu bir adamdan qorxmağım kimi təqdim edirlər. Biz belə sevgiylə demək olar ki, hər gün rastlaşırıq. Belə insanlara qayğı ilə yanaşmağı şəxsən mən özümə borc bilirəm. Bəzi travması olan insanlara səslənirəm: Allah şahiddir ki, mən sizi başa düşürəm.Kaş ki taleyiniz belə olmazdı.Çünki siz də bizim doğma millətimizsiniz. Lakin siz məndən özünüz kimi biri düzəldə bilməyəcəksiniz. Mən qanacağım və düşüncəm ilə sizin övladlarınıza dəyərlər ötürməyi daha vacib sayıram".


Sizin reklam burada
Sizin reklam burada