Aİ Ermənistanda kimə "torba tikir"? - Tural İrfan yazır

Aİ Ermənistanda kimə "torba tikir"? - Tural İrfan yazır
14 Fev 2025 09:45
Avropa İttifaqının "mülki missiyası" Azərbaycanla şərti sərhəddə ərazilərimizi izləyir. Məqsəd regionda təxribat yaradıb yeni münaqişə ocağı meydana gətirməkdir.
Azərbaycanla razılaşdırılmadan meydana gətirilən bu prosesdə iştirak edən şəxslərin əsasən Fransa xüsusi xidmət orqanlarının əməkdaşları olması şübhəsizdir.
Avropa İttifaqının həmin "missiyası" nın müddəti daha 2 il uzadılıb. Görünür bu müddət ərzində proqram əsasında yeni təxribatın baş tutacağını proqnozlaşdırıblar.
Üçüncü qüvvənin müdaxiləsi sülh prosesinə ciddi maneə yaradır. Bunu bildikləri halda, Azərbaycanın etirazlarına rəğmən öz kəşfiyyat missiyalarını davam etdirməkdə israrlı olmaları yeni müharibəyə təhrik kimi qiymətləndirilə bilər.
Sərhədlərin delimitasiya və demarkasiyası Azərbaycan və Ermənistanın işidir. Avropa İttifaqının məlum missiyasının bu prosesə cəlb edilməsi doğru deyil.
Bölgədə gərginliyin artırılmasına hesablanmış bu prosesə Ermənistanın şərait yaratması sonda onun özünü qurbana çevirə bilər.
Həm sülhdən danışıb həm də silahlanaraq Fransa agentura şəbəkəsini sərhəddə yığmaq Ermənistanın özünü Fransanın qazdığı quyuya salacaq son nəticədə.
Tural İrfan, MCP sədrinin müavini, politoloq

Sizin reklam burada
Sizin reklam burada