Ağdərədə minaya düşən şəxsin son vəziyyəti AÇIQLANDI

Ağdərədə minaya düşən şəxsin son vəziyyəti AÇIQLANDI
11 Yan 2026 20:04

Ağdərədə minaya düşərək xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

Bu barədə Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

Bildirib ki, partlayış travması, sağ ayağın aşağı 1/3 travmatik amputasiyası diaqnozu təyin olunan pasiyent üzərində sağ baldırın yuxarı 1/3 səviyyəsində amputasiyası əməliyyatı icra olunub. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Xatırladaq ki, hadisə işgaldan azad edilmiş Ağdərə rayonunun Qızıloba kəndi ərazisində baş verib.

Humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı 1988-ci il təvəllüdlü Kərimov Elvin Həmiddin oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb.


Sizin reklam burada
Sizin reklam burada