Toliklə Elgizin verilişlərinə alternativ TAPILDI

Toliklə Elgizin verilişlərinə alternativ TAPILDI
09:28

“Boşaldılan efir vaxtları analitik müzakirə proqramları, real problemlərin həlli formatları, sahibkarlıq və iqtisadi maarifləndirmə verilişləri, səhiyyə və hüquq izahları, eləcə də peşəkar debat platformaları ilə doldurulsa, həm tamaşaçı faydalı və dəyərli informasiya əldə edər, həm televiziyalar daha keyfiyyətli auditoriya və stabil reklam bazası qazanar, həm cəmiyyət intellektual olaraq güclənər, həm də peşəkar bilik və təcrübə real ictimai dəyərə çevrilər”.

Bunu News365.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

O, əlavə edib ki, hətta iqtisadi mövzulu verilişlərin hazırlanması ilə bağlı müraciət olunarsa, formatın qurulması, məzmunun formalaşdırılması və ümumi konsepsiya üzrə tövsiyə və konsultativ dəstək verməyə, həmçinin prosesdə iştirak etməyə hazıram:

“Təki, cəmiyyətimiz üçün efir etik çərçivəyə uyğun, mənəvi mühiti zədələməyən və dəyər yaradan bir məkan olsun”.

News365.az


Sizin reklam burada
Sizin reklam burada