"Rusiya düşmənimizdir" - Polşa lideri

"Rusiya düşmənimizdir" - Polşa lideri
10:26

Polşa prezidenti Karol Navrotski Rusiyanın Qərbə qarşı sivilizasiya müharibə apardığını bildirib. 

News365.az xəbər verir ki, onun sözləri "Polskie Radio" tərəfindən sitat gətirilib. 

Navrotski bildirib ki, "Rusiya Şimali Atlantika Alyansını özünün əsas düşməni hesab edir və Polşa da bu cür yanaşır. Birliyi zəiflətmək üçün Rusiya  müəyyən addımlar atır və şərq cinahındakı dövlətləri qorxutmağa davam edir"

O, həmçinin Rusiya tərəfindən Avropada həyata keçirilən yüksək səviyyəli hibrid əməliyyatlar və təsir kampaniyalarına diqqət çəkib. 


Sizin reklam burada
Sizin reklam burada