Tələbə qızlar şantaj olunurlar - VİDEO

Tələbə qızlar şantaj olunurlar - VİDEO
09:49

Bir qrup tələbə qızın sosial şəbəkələrdə paylaşdıqları şəkillər süni intellektlə dəyişdirildikdən sonra qeyri-etik formada yenidən paylaşılıb. Silmək üçün isə pul tələb edilib.

News365.az Xəzər Tv-yə istinadən xəbər verir ki, son günlər bununla bağlı şəbəkələrdə məlumatlar yayılıb.

Bildirilib ki, hadisə Bakı Dövlət Universitetinin hüquq fakültəsində oxuyan tələbə qızların başına gəlib.

Jurnalistika fakültəsinin tələbəsi Zeynəb Həsənovanın sözlərinə görə, nəinki hüquq fakültəsində oxuyanların, bu problem universitetin digər fakültələrində təhsil alanların və özünün də başına gəlib.

Paylaşımı kimin etdiyi bilinməsə də, bu məsələ xüsusən də xanım tələbələri çox narahat edib.

Bakı Dövlət Universitetindən  bildirilildi ki, məsələ barədə hüquqi müstəvidə addımlar atılır.  

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən isə məsələ ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparıldığı qeyd olundu.



Sizin reklam burada
Sizin reklam burada