Ağdamda yol-nəqliyyat hadisəsi baş verib

Ağdamda yol-nəqliyyat hadisəsi baş verib
26 İyl 2025 20:15

Ağdamda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

News365.az xəbər verir ki, hadisə Ağdam-Xankəndi yolunun Ağdam rayon Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan minik avtomobili yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində beş nəfər xəsarət alıb. 

Yaralılar əraziyə çağırılan təcili tibbi yardım avtomobilləri vasitəsilə xəstəxanaya aparılıb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. 

Fakt araşdırılır.


Sizin reklam burada
Sizin reklam burada