Ağ Evin mətbuat katibi Kerolayn Levitt Rusiya və ABŞ prezidentləri arasında mümkün görüşlə bağlı suala təhqiramiz şəkildə cavab verib.
News365.az xəbər verir ki, Ağ Ev rəsmisi “HuffPost”un müxbirinin “görüşün Budapeştdə keçirilməsi təklifini kim verib?” sualına belə cavab verib: “Sənin anan...”
O həmçinin jurnalistə “sizi mediadakı həmkarlarınız da daxil olmaqla heç kəs ciddiyə almır. Onlar sadəcə bunu sizin üzünüzə demirlər. Mənə qeyri-səmimi, qərəzli və sərsəm suallar verməyi dayandırın” ifadələrini işlədib.
Qeyd edək ki, oktyabrın 16-sı Vladimir Putinlə Donald Tramp arasında bu il səkkizinci telefon danışığı olub. İki saatdan çox davam edən söhbətdən sonra Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib ki, Moskva və Vaşinqton iki lider arasında Budapeştdə baş tuta biləcək yeni görüşə hazırlaşmağa başlayacaqlar. Uşakovun sözlərinə görə, Amerika lideri görüş üçün Macarıstanın paytaxtını təklif edib, Rusiya prezidenti isə bu ideyanı dəstəkləyib.