Ağ Ev-dəki söz davası kimin reytinqini artırıb?

Ağ Ev-dəki söz davası kimin reytinqini artırıb?
08 Mar 2025 12:30

Ukrayna prezidenti Vladimir Zelenskinin Ağ Evdə ABŞ prezidenti Donald Trampla məlum mübahisəsindən sonra respublikada ona etimad reytinqi artıb. Bunu Kiyev Sosiologiya İnstitutunun (KIIS) məlumatları sübut edir.


KIIS 2025-ci il fevralın 14-dən martın 4-dək ukraynalılar arasında telefonla sorğu keçirib. Vətəndaşlardan başqa şeylərlə yanaşı, Zelenskinin Trampla mübahisəsindən sonra ona qarşı olan münasibəti soruşulub.

Ukraynalıların 67%-i öz prezidentini dəstəklədiyini bildirib. Bu, bir ay əvvəllə müqayisədə 10 faiz çoxdur.

Tədqiqatçılar Zelenskinin artan populyarlığını Trampın sərt ritorikası və Kiyevə hərbi yardımı dayandırmaq qərarı ilə əlaqələndirirlər. Fevralın əvvəlində Tramp Zelenskini “diktator” adlandırıb və onu Ukrayna münaqişəsində qismən də olsa günahkar saymışdı.

Tural


Sizin reklam burada
Sizin reklam burada