ABŞ və Ukrayna prezidentləri bu həftə görüşmür.
News365.az xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolayn Levitt “USA Today”ə açıqlamasında bildirib ki, hazırda Donald Tramp və Volodimir Zelenski arasında hər hansı görüş planlaşdırılmayıb.
Levitt vurğulayıb ki, vəziyyət sürətlə dəyişə bilər və yeni planlar barədə ictimaiyyət məlumatlandırılacaq:
“Hazırda konkret görüş nəzərdə tutulmur, amma hər şeyin necə inkişaf edəcəyini zaman göstərəcək”, – deyə o əlavə edib.
News365.az