ABŞ Ukraynanı yarıyolda qoydu- Kiyev danışığa getmək zorunda qaldı -ŞƏRH

ABŞ Ukraynanı yarıyolda qoydu-  Kiyev danışığa getmək zorunda qaldı -ŞƏRH
16 Apr 2024 08:43

ABŞ tədricən Ukraynadan çəkinir. Gözlənilən məğlubiyyətdə pay sahibi olmaqdan ehtiyat edən Ağ Ev geri çəkilişinə müxtəlif don biçir. Guya ki, Vaşinqton müharibədə açıq tərəf olmaq istəmir.

Təbii ki, bunlar hamısı bəhanədir. ABŞ sadəcə bu bölgədə öz istəyinə nail olub. Ona görə də yeni münaqişə ocaqları yaratmaq peşindədir. Ona görə də Ukrayna ilə bağlı perspektiv üçün heç bir plan qurmur. Amerikalılar bu günlər əsas diqqəti Yaxın Şərqə yönəldib. Ağ Ev hesab edir ki, Ukraynadakı münaqişə İsrail ətrafındakı vəziyyətdən çox fərqlidir. ABŞ iddia edir ki, onlar daha çox hava hücumlarının dəf edilməsində birbaşa iştirak edirlər. Amma hücumlarda yox.

Bu barədə bazar ertəsi keçirilən brifinqdə Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib. Onun sözlərini  ötən şənbə ABŞ ordusu İranın Suriyadakı konsulluğunun bombalanmasına cavab olaraq İsrailə doğru uçan İran pilotsuz təyyarələrini və raketlərini fəal şəkildə vurub.

O xatırladıb ki, ABŞ prezidenti Co Bayden Ukraynadakı münaqişənin əvvəlindən ABŞ-ın münaqişəyə “döyüş rolunda” qarışmaq niyyətində olmadığını açıq şəkildə bildirib.

"Biz Ukraynanı hava hücumundan müdafiə imkanları ilə təmin edirdik. Təəssüf ki, hazırda bunu edə bilmərik", - Kirbi əlavə edib və Konqresdə ABŞ-ın xarici müttəfiqlərini, o cümlədən İsrail və Ukraynanı maliyyələşdirməyə dair qanun layihəsinin dayandırılmasından təəssüflənib.

Xatırladaq ki, Rusiya da hesab edir ki, Ukraynaya silah tədarükü nizamlanmaya mane olur.  NATO ölkələri birbaşa münaqişəyə cəlb olunub və onlar “atəşlə oynayır”. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Onun sözlərinə görə, ABŞ və NATO münaqişədə bilavasitə iştirak edir, o cümlədən təkcə silah tədarükü ilə deyil, həm də Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələrdə kadrların hazırlanması ilə məşğuldur. Kreml bəyan edib ki, Ukraynanı Qərbdən silahlarla doldurmaq danışıqlara kömək etmir və mənfi təsir göstərəcək.

ABŞ hərbi yardımı dayandırdığı təqdirdə Zelenski Moskva ilə danışıqlara getmək zorunda qalacaq.

İlhamə Qiyas, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər