Aprelin 17-də Parisdə keçirilən görüşdə Ukrayna nümayəndə heyətinə özündə Rusiya-Ukrayna müharibəsinin nizamlanması planını ehtiva edən məxfi sənəd verilib. Kiyev bu plana öz cavabını verməlidir. Bu barədə "The Wall Street Journal" (WSJ) yazıb.
Sənəddə bildirilir ki, Birləşmiş Ştatlar mövcud təmas xəttində atəşkəs və həmçinin Krımın Rusiya ərazisi kimi tanınmasını təklif edir. Nəşrin yazdığına görə, sənəd Ukraynanın NATO-ya üzvlüyünü də istisna edir və Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) ətrafındakı ərazilərin neytrallaşdırılması təklif olunur. Bu ərazilər ABŞ-nin nəzarəti altında ola bilər.
Amma ABŞ-nin planında ilhaq edilmiş dörd bölgənin Rusiya ərazisi kimi tanınması nəzərdə tutulmur. Eyni zamanda rus qoşunlarının da bu əraziləri tərk etməsini tələb olunmur.
Eyni zamanda, ABŞ nə Kremlin tələb etdiyi kimi Ukrayna ordusunun sayını azaltmağı təklif edir, nə də Qərbin Kiyevə hərbi dəstəyi və ya Avropa qoşunlarının orada yerləşdirilməsinə qarşı deyil.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural