ABŞ Təhsil Nazirliyi işçilərinin təxminən yarısını ixtisar etməyi planlaşdırdığını bəyan etdikdən sonra, nazirliyin əməkdaşlarını dramatik şəkildə işdən çıxarmağa başlayıb.
Bu barədə xarici KİV məlumat yayıb.
Qeyd edilib ki, təxminən 1300 işçi çərşənbə günü ixtisar bildirişi alacaq və onlara tapşırılmış işləri təhvil vermək və masalarını "təmizləmək" üçün ofislərinə qayıdacaqlar.
Daha 600 nəfər isə erkən nağd ödənişlər müqabilində istefa vermək və ya erkən pensiyaya çıxmaq qərarına gəlib.
ABŞ "Arm Wrestling"in keçmiş rəhbəri, təhsil naziri Linda MakMahon bu qalmaqallı məsələ ilə bağlı deyib ki, ixtisarlar nazirliyun "səmərəlilik, hesabatlılıq və resursların ən çox ehtiyac duyulan yerə yönəldilməsi siyasətinə sadiqliyini" əks etdirir.
Tural