Ankara Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında Ukrayna münaqişəsinin həllini müzakirə etmək üçün görüş təşkil edə biləcək. Bunu NTV telekanalına müsahibəsində ABŞ-nin Ankaradakı səfiri Tomas Barak deyib.
"Türkiyənin də prosesə daxil edilməsi və bir sıra məsələlərin aradan qaldırılması ilə ən yüksək səviyyədə görüş baş tuta bilər. Hesab edirəm ki, problemin hər kəsə uyğun həllini tapa bilərik", - o qeyd edib.
Bundan əvvəl ABŞ-nin Türkiyədəki səfiri və Suriya üzrə xüsusi elçisi olan Tomas Barrak demişdi ki, Trampın Ukraynadakı hərbi münaqişə ilə bağlı “səbrinin sonu” çatır.
Tural