ABŞ-nin keçmiş prezidenti Cozef Baydenin dövründə Kiyevə təsdiq edilmiş hərbi yardım tranşları yaxın aylarda tükənəcək. Hazırkı dövlət başçısı Donald Tramp isə dəstəyin uzadılması ilə bağlı heç bir vəd verməyib. Bu barədə Amerikanın “The Washington Post” qəzeti yazıb.
“Bu yardım yaxın aylarda tükənəcək və Tramp onu yeniləmək və ya uzatmaq planlarına işarə etməyib, Kiyevi qeyri-müəyyən strateji vəziyyətə salıb”, - nəşr yazır.
Qeyd olunur ki, mayın sonuna olan məlumata görə, Ukrayna Bayden administrasiyası tərəfindən təsdiqlənmiş hərbi yardımın son tranşlarını hələ də alır.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural