ABŞ Cənubi Koreyada quraşdırılmış hava hüçumundan müdafiə sisteminin bir hissəsini Yaxın Şərqə köçürmək istəyir.
News365.az xəbər verir ki, bu
barədə Vaşinqton Post və Cənubi Koreya xəbər agentlikləri məlumat yayıb.
Bildirilir ki, ABŞ İranın İordaniyada “THAAD” sistemi tərəfindən idarə edilən əsas
radarın məhv etməsindən sonra bu qərara gəlib.
Qərar Cənubi Koreyada narazılıq yaradıb. Ölkə rəsmiləri bu addımın onları
Şimali Koreya və Çinə qarşı müdafiəsiz qoyacağından narahatdırlar.
Qeyd edək ki, “THAAD” sisitemi Cənubi Koreyada 2017-ci ildə qurulub.