ABŞ Fələstin pasportu sahibləri üçün vizaları dayandırdı

ABŞ Fələstin pasportu sahibləri üçün vizaları dayandırdı
14:12

Donald Tramp administrasiyası Fələstin pasportu sahibləri üçün qeyri-immiqrasiya vizalarının verilməsini dayandırıb.

News365.az bu barədə xarici mətbauta istinadla xəbər verir.

Bildirilib ki, bu qərar İordan çayının qərb sahəsi sakinlərini əhatə edir.

Məlumata görə, ABŞ Dövlət Departamenti BMT-nin 80-ci Baş Assambleyasında iştirak edəcək Fələstin rəsmilərinin vizalarını da ləğv edib.

Qərar Fələstin tərəfinin etirazına səbəb olub.


Sizin reklam burada
Sizin reklam burada