ABŞ-də yol qəzasında 9-u azyaşlı olmaqla 11 nəfər yaralanıb

ABŞ-də yol qəzasında 9-u azyaşlı olmaqla 11 nəfər yaralanıb
11:50

ABŞ-nin Merilend ştatında baş verən yol qəzasında 11 nəfər xəsarət alıb.

Bu barədə yerli hakimiyyət orqanlarına istinadən "ABC News" məlumat yayıb.

Belə ki, Bladensburq yaşayış massivində avtomobilin çadıra çırpılması nəticəsində 9-u azyaşlı olmaqla 11 nəfər xəstəxanalıq olub. Qəza nəticəsində iki qadın da yaralanıb.

Qeyd olunub ki, yeni doğulmuş körpənin və bir azyaşlı qızın vəziyyəti ağırdır. Digərləri ciddi xəsarətlər alsalar da, həyatları üçün təhlükə yoxdur. Hazırda qəzanın səbəbləri araşdırılır.


Sizin reklam burada
Sizin reklam burada