Kentukki, Tennessi, Virciniya və Corciya ştatlarını əhatə edən qasırğa nəticəsində ölənlərin sayı 18-ə çatıb.
News365.az-ın məlumatına görə, qasırğa nəticəsində Kentukki ştatında 14, Qərbi Virciniyada 3, Corciyada 1 nəfər ölüb.
ABŞ-nin Kentukki, Tennessi, Virciniya və Corciya ştatlarında qasırğa davam edir.
Həftənin sonuna qədər ABŞ-nin böyük bir hissəsində şaxtalı temperaturun 60 milyondan çox amerikalıya təsir edəcəyi gözlənilir.