ABŞ artıq dövlət borcu üzrə defoltla üzləşə bilər.
News365.az xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent deyib.
“36,9 trilyon dollardan çox məbləğdə borc üzrə hesabların ödənilməsi üçün vəsait yayın ortasında və ya sonunda tükənəcək”, - nazir bildirib.
O, keçmiş prezident Co Bayden administrasiyasını cari maliyyə ilində qeyri-adi dərəcədə böyük büdcə kəsiri gözləməkdə ittiham edib.