Ermənistanda keçmiş deputatın oğlu polis tərəfindən saxlanılıb

Ermənistanda keçmiş deputatın oğlu polis tərəfindən saxlanılıb
26 Fev 2025 14:26

İrəvanda polis əməkdaşları eks-deputat, Ermənistanın Ukraynadakı keçmiş səfiri, sabq nəqliyyat və rabitə naziri Andranik Manukyanın oğlu David Manukyanı saxlayıblar.

News365.az xəbər verir ki, bu barədə  KİV-i məlumat yayıb.

İki avtomobildə (Rusiya dövlət nömrə nişanlı “Mercedes” və “Toyota”) olan vətəndaşların üzərində silah olması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları sözügedən ünvana gedərək, həmin avtomobillərin sürücülərini və sərnişinləri saxlayıblar.

Yaşları 35-56 arasında olan 7 nəfər şöbəyə aparılıb. 36 yaşlı Denis Nequlyayevin üzərindən “İJ” markalı tapança və 8 patron, “ÇeZet” markalı tapançanın patron darağı, 9 patron və qatlanan bıçaq aşkar edilib.

D.Nequlyayevin sözlərinə görə, bıçaq digər saxlanılan şəxsə - 40 yaşlı David Manukyana məxsusdur.


Sizin reklam burada
Sizin reklam burada