5 kənddə işıq olmayacaq

5 kənddə işıq olmayacaq
09:09

Bu gün Lerik Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Lənkəran-1" yarımstansiyasından çıxan 35 kV-luq "Hamarat" hava xəttində təmir işləri aparılacaq.

News365.az bu barədə "Azərişıq" ASC-yə istinadən xəbər verir.

Məlumata görə, bununla əlaqədar saat 10:00-dan 13:00-a qədər Lerik rayonunun Bürsülüm, Əliabad, Hamarat, Rvarud, Veri kəndlərinin bir hissəsinə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Sizin reklam burada
Sizin reklam burada