Oğuzun Kərimli kəndində piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan News365.az-a verilən məlumata görə, hadisə səhər saatlarında qeydə alınıb.
Belə ki, Tural Abdullayev idarə etdiyi VAZ-21012 markalı avtomobili ilə Kərimli kəndi ərazisində 48 yaşlı Qalib Hüseynovu vurub. Ağır xəsarət alan piyada dərhal Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə piyadanı vuraraq hadisə yerindən yayınmaqda şübhəli bilinən Tural Abdullayev saxlanılıb.
Baş verən hadisə ilə bağlı cinayət işi başlanılıb.