Gəncədə "Opel" markalı avtomobilin sürücüsü 1971-ci il təvəllüdlü Hafiz Məmmədov sükan arxasında infarkt keçirib.
News365.az-ın Report-a istinadən məlumatına görə, bu zaman avtomobil maneəyə çırpılıb.
Sürücü avtomobildə infarktdan dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.