İlkin təəssüratlarım :
Vaqona, kupelərə xeyli əl gəzdiriblər. Səliqə-sahman, istilik, elektrik, internet, personalla əlaqə, işıqlandırma qaydasında görsənir.
Vaqonda bələdçilərdən əlavə 2 nəfər də servis üçün ayrılıb.
Elə yerimizi rahatlamışdıq ki dedilər nə qulluq edək:)
Bələdçilər, servis əməkdaşları hamısı gənclərdi.
Monitorlara Azərbaycan filmləri yuklənib.
Mən ilk dəfə üçün "Yol əhvalatı"nı seçdim
Hələlik qiymətlərdən başqa hər şey yaxşı görsənir.
Ölkədaxili, xüsusən də şimal-qərb regionu üçün alternativ nəqliyyat olaraq yetərincə əhəmiyyətlidir.
Əməyi keçənlərə təşəkkürlər !
Ümid edirəm tezliklə digər daxili dəmiryol marşrutları da işə düşəcək və Bakı-Balakən-Tbilisi dəmiryolu xətti də çəkiləcək.
Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti