Sentyabr ayında 37 aptekdə monitorinq aparılıb.
News365.az xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.
Bildirilib ki, qeyd olunan dövr ərzində ümumilikdə 9-u Bakı şəhərində, 28-i isə digər rayonlarda olmaqla 37 aptekdə yoxlama aparılıb.
Aparılmış planlı və plandan kənar yoxlamalar nəticəsində 8 müxtəlif nöqsanlar faktı aşkar olunub.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri üzrə ümumilikdə 11 protokol tərtib edilib.