3 azyaşlı qızını öldürüb qaçdı - VİDEO

3 azyaşlı qızını öldürüb qaçdı - VİDEO
04 İyn 2025 13:10

ABŞ-da üç azyaşlı qızını öldürüb başlarına torba keçirərək atan şəxs axtarılır. Bu barədə New York Times xəbər verir.


Üç bacı - Olivia (5), Evelin (8) və Peytin (9) - keçən həftə ataları, 32 yaşlı Travis Deker ilə görüşdükdən sonra itkin düşüblər. Kişi qızları ilə vaxt keçirib və mayın 30-u axşam onları analarına qaytarmalı imiş. Lakin bunu etməyib. Qadın tez bir zamanda polislə əlaqə saxlayıb, gecikmənin şübhəli olduğunu və Dekerin  psixi sağlamlıq problemləri olduğunu və çox güman ki, dərmanlarını da qəbul etmədiyini deyib.

Qızların cəsədləri Vaşinqtonun Çelan qraflığındakı düşərgə yaxınlığında, başlarına plastik torbalar keçirilmiş formada tapılıb. Onlar biləkləri bağlanmış halda olublar. Ölüm səbəbinin asfiksiya olduğu güman edilir. Şübhəlinin yük maşını cəsədlərin tapıldığı yerin yaxınlığında aşkarlanıb. Dekerin harada olduğu bilinmir. Polis xəbərdarlıq edib ki, o, təhlükəli ola bilər və hərbi təcrübəyə də malikdir. Bu isə onu tutmağı çətinləşdirir. Deker artıq üç birinci dərəcəli qətl və adam oğurluğu ittihamı ilə ittiham olunub.


Tural


Sizin reklam burada
Sizin reklam burada