Putin Əliyevi BRİKS sammitinə dəvət edib

Putin Əliyevi BRİKS sammitinə dəvət edib
16:36

Kremldə MDB-yə üzv ölkələrin dövlət başçılarının sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb.

  News365.az xəbər verir ki, Rusiya tərəfdən görüşdə baş nazirin müavini Aleksey Overçuk, Xarici İşlər və Energetika nazirliklərinin rəhbərləri Sergey Lavrov və Sergey Tsivilev, Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov və Rusiya liderinin mətbuat katibi Dmitri Peskov iştirak edib. 

“Dərhal qeyd etmək istərdim ki, əlaqələr müsbət istiqamətdə inkişaf edir, biz bunu hətta Azərbaycana səfərimiz zamanı da qeyd etmişik: ticarət dövriyyəsi 4-4,3 milyard dollardan çoxdur, Azərbaycan iqtisadiyyatına birbaşa sərmayələrimiz 4 milyarddan çoxdur, həm enerji sektorunda, həm də infrastrukturun inkişafı sahəsində maraqlı layihələrimiz var. Onların hamısı perspektivlidir, hamısı real, canlı layihələrdir – həm ikitərəfli, həm də çoxtərəfli. 



Youtube kanalımız

Oxşar xəbərlər