2024-cü ilin birinci yarımili ilə müqayisədə, 2025-ci ilin eyni dövründə qeydə alınmış hərbi xidmət əleyhinə olan cinayətlər ümumilikdə 43,9% azalıb. Bu müddət ərzində:
• Hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri – 36,4%,
• Hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri – 45,3%,
• Fərarilik cinayətləri – 70% azalmışdır.
Bundan əlavə, qeyri-hərbi cinayətlərlə bağlı da müsbət tendensiya müşahidə olunur:
• Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya səlahiyyətlərin aşılması cinayətləri – 52,9%,
• Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətləri – 18,2%,
• Özünü öldürmə həddinə çatdırma cinayətləri – 50,0% azalmışdır.
Ümumilikdə, 2025-ci ilin birinci yarımilində qeydə alınmış cinayətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,9%, qeyri-hərbi cinayətlər 2,5%, hərbi xidmət əleyhinə olan cinayətlər isə 18,6% azalmışdır.
Cinayət işlərinin başlanmasında qanuniliyə və əsaslılığa xüsusi diqqət yetirilməsi, istintaqın hərtərəfli, tam və obyektiv aparılması, düzgün metodika və taktikanın tətbiqi, peşəkar istintaq hərəkətləri, adekvat prosessual rəhbərlik və işçilərin məsuliyyətli yanaşması nəticəsində qeydə alınmış cinayətlərin 99,2%-i açılmışdır.
Əlavə olaraq qeyd edilməlidir ki, 2025-ci ilin birinci yarımilində qəsdən adam öldürmə və qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri qeydə alınmamışdır.
Bəhruz Əhmədov qeyd edib ki, cinayət işlərinin başlanmasında qanuniliyə və əsaslılığa xüsusi diqqət yetirilib. İstintaqların hərtərəfli, tam və obyektiv aparılması, düzgün istintaq metodikası və taktikası, səriştəli istintaq hərəkətləri, eləcə də işçilərin peşəkarlığı nəticəsində qeydə alınmış cinayətlərin 99,2%-i açılıb.