20 günün əsgərinin ölümü ilə bağlı rəsmi AÇIQLAMA

20 günün əsgərinin ölümü ilə bağlı rəsmi AÇIQLAMA
11:59

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətində (DSX) xidmət edən əsgər Hüseyn Əsədov ötən gün vəfat edib.

News365.az xəbər verir ki, 20 gün əvvəl hərbi xidmətə çağırılan əsgər artıq Binə qəbiristanlığında torpağa tapşırılıb.

Hüseyn Əsədovun ölüm səbəbi ilə bağlı rəsmi açıqlama verilməsə də, onun hərbi xidmət zamanı xəstəliyə tutulduğu iddia edilir. 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov isə bildirib ki, fakt üzrə cinayət işi başlanıb və hazırda istintaq aparılır. İstintaqın nəticəsindən asılı olaraq prosesual qiymət veriləcək.(“Qafqazinfo”)

 


Sizin reklam burada
Sizin reklam burada