Rusiyanın Moskva vilayətində 2 yaşlı uşaq binadan yıxılıb.
News365.az yerli mediaya istinadla bildirir ki, hadisə Leninski şəhər rayonunun Drojjino kəndində baş verib.
Qırğızıstan vətəndaşı olan valideynlər oğluna baxa bilməyiblər və o, ehtiyatsızlıqdan 16-cı mərtəbədə yerləşən mənzilin pəncərəsindən yıxılıb. Uşaq aldığı xəsarətlərdən yerindəcə keçinib.