Bakıda kişi evində ölü halda tapılıb.
News365.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Nardaran qəsəbəsində baş verib.
Qəsəbə sakini 30 yaşlı Nahid Qabil oğlu İsmayılzadənin meyiti gecəyarısı ailə üzvləri tərəfindən aşkarlanıb. Mərhumun ölümünün səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.