2 boksçumuz CƏZALANDIRILDI

2 boksçumuz CƏZALANDIRILDI
03 İyn 2025 16:42

Azərbaycan boksçuları Ömər Aslanlı və Məsud Yusifzadə antidopinq qaydalarını pozduqlarını üçün cəzalandırılıb.

Bu barədə News365.az-a Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib.

Ö.Aslanlı qadağan edilmiş maddənin mövcudluğu və istifadəsinə görə 24 ay müddətinə diskvalifikasiya edilib.

M.Yusifzadə isə nümunə toplanmasından yayınma, imtina və nümunə təqdim etməməyə görə 36 ay müddətinə cəzalanıb.


Sizin reklam burada
Sizin reklam burada