Litvada əcnəbiləri işə götürmək üçün iş icazəsi almaq istəyən müəssisələrdən müraciətlərin qəbulu dayandırılıb.
News365.az "The Guardian"a istinadən xəbər verir ki, bu barədə Baltikyanı respublikanın Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi məlumat yayıb.
Məlumata görə, Litvada başqa ölkələrin vətəndaşları üçün iş icazələri tükənib. Ona görə də departament yeni sənədlərin verilməsini dayandırır.
Departamentin cari il üçün əcnəbilər üçün işə qəbul kvotası 24 830 nəfərdir. Oktyabrın 15-nə olan məlumata görə, 20500 icazədən istifadə edilib. Bundan əlavə, şöbə hələ də təxminən 4500 müraciətə baxır.