Azərbaycanın sabiq kənd təsərrüfatı naziri, Elçibəy hakimiyyətinin tanınmış simalarından olmuş Tofiq Hüseynli – ictimaiyyət arasında daha çox “Qara Tofiq” kimi tanınan dövlət xadimi bu gün doğulduğu Tovuz rayonunda torpağa tapşırılıb.
News365.az Globalinfo.az saytına istinadən xəbər verir ki, vida mərasimi Tovuz rayonunun Qovlar qəsəbəsində keçirilib. Mərhum doğmalarının və rayon sakinlərinin iştirakı ilə son mənzilə yola salınıb.
Qeyd edək ki, Tofiq Hüseynli dünən uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.