Zelenskidən Trampa məktub: Hazıram!

Zelenskidən Trampa məktub: Hazıram!
05 Mar 2025 09:52

“Bu gün mən Ukrayna prezidenti Zelenskidən vacib məktub aldım. Məktubda deyilir ki, Ukrayna davamlı sülhün yaxınlaşması üçün mümkün qədər tez danışıqlar masasına oturmağa hazırdır”. 

News365.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Konqresə müraciətində Ukrayna prezidenti Volodimir Zelenskidən sülh danışıqlarına hazır olduğunu bildirən məktub aldığını bildirib. 

 Onun sözlərinə görə, Zelenski həmçinin “istənilən vaxt” faydalı qazıntıların hasilatı ilə bağlı müqavilə imzalamağa hazır olduğunu bildirib. 

“Ukraynadakı amansız münaqişəni sona çatdırmaq üçün yorulmadan çalışmışam. Sonu görünməyən bu dəhşətli və amansız münaqişədə milyonlarla ukraynalı və rus lazımsız yerə öldürülüb və ya yaralanıb. ABŞ Ukraynanın müdafiəsini dəstəkləmək üçün yüz milyardlarla dollar göndərib”, - Tramp müraciətində deyib. 

Tramp daha sonra əlavə edib: "Bunun (yəni müharibənin-red) daha beş il davam etməsini istəyirsən?"   

O əlavə edib ki, ABŞ Ukraynaya dəstək üçün Avropadan daha çox pul xərcləyib.  “Təəssüf ki, Avropa Ukraynanı müdafiə etməkdənsə, Rusiya neft və qazını almağa daha çox pul xərcləyib. Fikirləşin”.


Sizin reklam burada
Sizin reklam burada