Zelenski Ukrayna qoşunlarını Avropanın ən sabit ordusu adlandırıb

Zelenski Ukrayna qoşunlarını Avropanın ən sabit ordusu adlandırıb
19 Fev 2025 15:35

Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrini müttəfiqlər və düşmənlərlə bərabər şəraitdə “danışıqlar”a zəmanət verən Avropanın ən sabit ordusu adlandırıb. Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

“Ordu kifayət qədər sabitdir və o, Avropada ən stabil ordu sayılır... Bu isə bizə digər tərəfdaşlarla - müttəfiq və ya qeyri-müttəfiqlərlə ləyaqətlə, bərabər səviyyədə danışmaq imkanını təmin edir”, - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, hadisələrin bu cür inkişafı ukraynalıların Rusiyaya güzəştə getməyəcəyinə zəmanət verir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada