Ukrayna prezidenti Vladimir Zelenski amerikalı həmkarı Donald Trampla 25-25 iyunda Haaqada keçiriləcək NATO sammiti zamanı danışıqlar aparmağı planlaşdırdığını bildirib. Ukrayna lideri bu barədə Britaniyanın Sky News telekanalına müsahibəsində danışıb.
"Bəli, mən Trampla görüşməyi planlaşdırıram. Sizə açıq deyim ki, bunun necə baş verəcəyini dəqiq bilmirəm. Bəli, hər iki tərəfdən komandalar işləyir, amma görüşəcəyik", - deyə Zelenski jurnalist Mark Ostinə bildirib.
Zelenski müsahibədə həmçinin Rusiya-Ukrayna münaqişəsi bitənə qədər öz vəzifəsində qalmağa davam etməli olduğunu bildirib.
Qeyd edək ki, “Politico” nəşri mənbələrinə istinad edərək yazıb ki, NATO-nun Haaqada keçiriləcək sammitində Şimali Atlantika Alyansı ölkələri Ukraynanı bundan sonra da dəstəkləyəcəklərini təsdiq edəcəklər. Lakin ölkələr Ukraynanın bloka daxil olması üçün konkret vaxt çərçivəsini qeyd etməyəcəklər.
Tural