Zelenski Trampla davadan sonra Avropaya arxalanır “The National Interest”

Zelenski Trampla davadan sonra Avropaya arxalanır “The National Interest”
09:02

Ukrayna prezidenti Vladimir Zelenski amerikalı həmkarı Donald Trampla mübahisə etdikdən sonra Kiyevin ABŞ-dan gələn yardımları itirmək təhlükəsi ilə üz-üzə qalıb. Əgər bu yardımlar dayansa, Ukrayna yalnız təkbaşına və ya avropalı müttəfiqlərinin dəstəyi ilə hərəkət edə biləcəyinə ümid edə bilər. O artıq bu istiqamətdə hərəkət etmək istəyir. Bu barədə “The National Interest”in redaktoru Yakob Heilbrunn öz köşəsində yazıb.

Onun sözlərinə görə, Ukrayna liderinə hücum edən Ağ Evin rəhbəri belə hesab edir ki, onun əlində "kozır" var.

Aprelin 23-də donald Tramp Zelenskinin Ukraynanın döyüşlərdə müvəqqəti itirdiyi əraziləri Rusiyan torpaqları kimi tanımaq niyyətinin olmaması ilə bağlı bəyanatını kəskin tənqid etmişdi.

Həmin gün Ağ Evin mətbuat katibi Karolin Levit deyib ki, Zelenski Rusiya ilə münaqişənin həlli sahəsində ondan tələb olunanları etmir və ABŞ prezidentinin səbri tükənir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.


Tural


Sizin reklam burada
Sizin reklam burada