"Zelenski reallıqdan uzaq qalıb" -Makqreqor

"Zelenski reallıqdan uzaq qalıb" -Makqreqor
11 İyn 2025 12:00

Ukrayna lideri Vladimir Zelenski reallıqdan uzaq olduğu üçün ABŞ prezidenti Donald Trampla dialoq qura bilməyəcək. Bunu ABŞ ordusunun istefada olan polkovniki Duqlas Makqreqor “Deep Dive”ə açıqlamasında deyib.


Onun sözlərinə görə, Tramp Zelenski ilə məşğul ola bilməz, çünki o, ağlabatan fikirlər səsləndirmir.


"Zelenski reallıqdan uzaqdır və danışıqlarda tərəfdaş sayılmır. Tramp onunla danışa bilməz", - ekspert qeyd edib.


O əlavə edib ki, Ukrayna lideri Kiyevin Moskva ilə münaqişədə qalib gələ biləcəyinə dair bir dənə də olsa belə dəlil tapa bilmir. Üstəlik, dövlət başçısı “qələbə” sözünü işlətməklə nə demək istədiyini ümumiyyətlə özü də anlamır.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada