Türkiyədə avtobus TIR-a çırpılıb

Türkiyədə avtobus TIR-a çırpılıb
12 Yan 2026 21:40

Türkiyədə ağır yol qəzasında bir neçə nəfər xəsarət alıb.

News365.az xəbər verir ki, Tokat-Sivas şosesində sərnişin avtobusu idarəetmədən çıxaraq TIR-a çırpılıb.

Hadisə nəticəsində 13 nəfər xəsarət alıb. Əraziyə təcili tibb yardım, polis, jandarm cəlb olunub.

Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.

Qeyd edilir ki, ərazidə pis hava şəraiti mövcuddur.


Sizin reklam burada
Sizin reklam burada