Zelenski Putinin atəşkəs təklifini RƏDD ETDİ

Zelenski Putinin atəşkəs təklifini RƏDD ETDİ
03 May 2025 13:51

Ukrayna Prezidenti Volodimir Zelenski faşizm üzərində qələbənin 80 illiyi ilə bağlı Vladimir Putinin atəşkəs təklifini rədd edib.

 News365.az xəbər verir ki, bu barədə “İnterfax” agentliyi məlumat yayıb.

Zelenki həmçinin bildirib ki, 9 May Parad üçün Moskvaya gəlməyi planlaşdıran dünya liderlərinin təhlükəsizliyinə zəmanət verə bilməz.

Xatırladaq ki, aprelin 28-də Rusiya Prezidenti Vladimir Putin faşizm üzərində qələbənin 80-ci ildönümü günlərində atəşkəs elan edib.


Sizin reklam burada
Sizin reklam burada