Zelenski gözlənilmədən ABŞ-yə getdi

Zelenski gözlənilmədən ABŞ-yə getdi
03 İyn 2025 10:25

Ukrayna prezidenti Vladimir Zelenskinin Airbus A319 təyyarəsi ABŞ-yə uçub. Bununla bağlı FlightAware-də məlumatlar qeyd olunub.


Aviaresursun məlumatına görə, Ukrayna liderinin təyyarəsi bazar ertəsi axşam Polşanın Yasionka hava limanından İrlandiyaya yola düşüb və orada bir neçə saat dayanıb. Daha sonra təyyarə ABŞ Hərbi Hava Qüvvələrinin Endryus Hərbi Hava Qüvvələri bazasına doğru uçub.


Ukraynanın “Strana” nəşrinin məlumatına görə, Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak da ABŞ-a uçur.

Xatırladaq ki, bu səfər ərəfəsində Ağ Evin mətbuat katibi Karolin Livit bildirmişdi ki, ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə mümkün görüşə açıqdır.

Tural


Sizin reklam burada
Sizin reklam burada