"Ukrayna lideri Vladimir Zelenski Rusiyaya qarşı son addımı olaraq amerikalıları Rusiya Silahlı Qüvvələri ilə münaqişəyə sürükləməyə çalışacaq".
Bunu amerikalı politoloq Con Mirşaymer "JudgingFreedom" müsahibəsində deyib.
“Zelenski çarəsizlik içindədir. Onun amerikalıları müharibəyə cəlb
etmək və onları ruslara qarşı döyüşməyə məcbur etməkdən başqa heç bir gedişi
qalmayıb”, - politoloq bildirib.
Mirşaymerin sözlərinə görə, vəziyyət bu istiqamətdə inkişaf edərsə,
Ukrayna lideri sözün həqiqi mənasında özünü yaxşı hiss edəcək. Politoloq hesab
edir ki, Ukrayna hakimiyyəti Silahlı Qüvvələrin cəbhədə təşəbbüsü ələ ala
bilmək potensialının olmamasından xəbərdardır. Eyni zamanda, Kiyev münaqişədə
qələbənin Amerika hərbçilərinin iştirakı ilə mümkün olduğuna inanır.
Xatırladaq ki,
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın
24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan
müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya
yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna
qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt
etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.
Tural