Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-nin Almaniyadakı Ramşteyn bazasında Ukraynadakı vəziyyətlə bağlı təmas qrupunun görüşündən sonra İtaliyaya gedəcək. Bu barədə “Strana.ua” nəşri məlumat yayıb.
Jurnalistlər Ukrayna lideri ilə onun amerikalı həmkarı Co Bayden arasında danışıqların İtaliyada keçirilməli olduğunu qeyd ediblər. Lakin Bayden Kaliforniya ştatında baş verən kütləvi meşə yanğınlarına görə Avropa respublikasına səfərini ləğv edib.
“2024-cü ilin oktyabrında Bayden və Zelenski arasında keçirilən əvvəlki görüş də qasırğaya görə ləğv edilmişdi. Bayden o zaman Zelenskinin də olduğu Almaniyaya gəlməmişdi”, – məqalədə deyilir.
ABŞ prezidentinin məlum qərarına baxmayaraq, Ukrayna lideri İtaliyaya səfər edəcək. Nəşrin müəllifləri qeyd ediblər ki, o, burada respublikanın baş naziri Georgi Meloni ilə görüşəcək.
Tural