Məşhur hindistanlı bloger Riçard Sinqxə vəhşi donuz hücum edib. Bu barədə “Times of India” məlumat yayıb.
28 yaşlı kişi Pitoraqarxdakı xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini stabilləşdirə biliblər.
Nəşrin məlumatına görə, bloger və iki dostu yanvarın 7-də təbiət qoynunda gəzintidən sonra evə qayıdarkən qəfildən qaban hücumuna məruz qalıb. Vəhşi heyvan kişinin ayaqlarına və qoluna ağır xəsarətlər yetirib.
“Biz səs-küy saldıq və qabanın qaçmasə üçün ona daş atdıq. Daha sonra kömək üçün yerli administrasiyaya müraciət etdik”, - deyə blogerin dostu Pavan Samant bildirib.
Tural